Əmək pensiyaları ilə bağlı dəyişiklik

13:46 - 11 Aprel 2025 - Cəmiyyət

“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda tədiqlənib.

Modern.az xəbər verir ki, qanun layihəsi parlamentin aprelin 11-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunaraq, tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Layihədə təklif olunan digər dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin pensiya hüququ ilə bağlıdır. Dəyişikliyə əsasən, Qanunun 22.3-cü maddəsi ilə müəyyən olunan qaydaların tətbiqi həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə əvəz edilir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Xəbər xətti