ABŞ və Çin arasında mümkün münaqişə dəhşətli nəticələrə gətirib çıxara bilər, Vaşinqton bunu istəmir
Ucnoqta.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset Fox News-a müsahibəsində deyib.
"Biz Çinlə münaqişəyə can atmırıq. Bunun nəticələri ağır olacaq", - Heqset deyib.
Pentaqonun rəhbəri ölkələr arasında ticarət əlaqələrinin kəskinləşməsini şərh edərək, cari hadisələrin ABŞ və Çin arasında münaqişəyə çevrilməyəcəyinə ümid etdiyini bildirib.