Türkiyədə 100-dən çox İŞİD şübhəlisi saxlanılıb

10:55 - 11 Aprel 2025 - DÜNYA

Türkiyə polisi "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 105 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya X-də yazıb.

Nazir 23 əyalətdə keçirilən əməliyyatlar nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 105 nəfərin saxlanıldığını bildirib.

Reydlər Ankara və İstanbul da daxil olmaqla regional təhlükəsizlik idarələrinin bölmələri tərəfindən həyata keçirilib.
Saxlanılanlar xüsusilə terror qruplaşmasını maliyyələşdirməkdə və sosial şəbəkələrdə təbliğatda şübhəli bilinirlər.

Xəbər xətti