Emin Abbasov Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi təyin olunub.
“Report”un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, o, bu postda Yeganə Əliyevanı əvəz edib.
E.Abbasov bu təyinatadək Salyan Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinin müdiri işləyib.