Misirli hücumçu Məhəmməd Salah İngiltərənin "Liverpul" futbol klubu ilə müqaviləsini uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, "Liverpul" Futbol Klubu Mohamed Salahın onu 2024/25 mövsümündən sonra klubda saxlayacaq yeni müqavilə imzaladığını elan edə bilər.
31 yaşlı Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Bu mövsüm müxtəlif turnirlərdə 45 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Hücumçu İngiltərə çempionatında qol vuranlar (27) və məhsuldar ötürmələr (17) siyahısına başçılıq edir.