Bakıda Heydər Əliyev prospektində qəza olub.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə, bir neçə avtomobilin toqquşması nəticəsində qəza baş verib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Qəza səbəbindən həm şəhər mərkəzi, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda ərazidə sıx tıxac müşahidə olunur və sürücülərə alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.
Polis əməkdaşları hadisə yerindədir və nəqliyyatın hərəkətinin bərpası, eləcə də, qəzanın səbəblərinin araşdırılması istiqamətində tədbirlər görülür. NİİM-in məlumatına görə, yaxın dəqiqələrdə sıxlığın aradan qaldırılması üçün bütün zəruri addımlar atılır.