Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı qərar layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Belə ki, Xanlar Rüstəm oğlu Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təklif olunub.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.
Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.///apa