"Real Madrid"in sabiq baş məşqçisi vəfat edib

22:52 - 10 Aprel 2025 - İDMAN

Müxtəlif vaxtlarda "Real Madrid", "Ayaks" və 4 milli komandaya rəhbərlik etmiş niderlandlı məşhur baş məşqçi Leo Beenhakker 82 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, Beenhakker “Real Madrid”lə üç dəfə (1987-1989), “Ayaks”la iki dəfə və “Feyenoord”la bir dəfə İspaniya çempionu olub.

Niderlandlı Trinidad və Tobaqo (ilk dəfə 2006-cı ildə dünya çempionatına vəsiqə qazanıb), Polşa (ilk dəfə 2008-ci ildə Avro-ya vəsiqə qazanıb), Hollandiya və Səudiyyə Ərəbistanı milli komandalarını idarə edib.

Xəbər xətti