Sabah yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, aprelin 11-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.