ABŞ husilərə qarşı hərbi təzyiqi artırmaq niyyətindədir - Heqset

00:24 - 8 Aprel 2025 - DÜNYA

ABŞ administrasiyası Yəmənin Husi üsyançılarına Ənsar Allah hərəkatının Amerika gəmilərinə hücumunu dayandırana qədər onlara hərbi təzyiqlərini artıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset məlumat verib.

“Biz  azaltmaq fikrində deyilik, Husilər gəmilərimizi atəşə tutmağı dayandıracaqlarını deməyincə, onlar daha amansız olacaqlar. Bizim təzyiq tətbiq etmək üçün daha çox seçimimiz və variantımız var" - deyə Heqset qeyd edib.

Xəbər xətti