2023-cü ilin oktyabrın 7-dən Qəzza zolağında hərbi əməliyyatlarda ən azı 210 media işçisi həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Belə ki, aprelin əvvəlində anklavın cənub hissəsindəki Xan Yunis şəhərində media nümayəndələrinin yaşadığı çadırın atəşə tutulması nəticəsində bir jurnalist həlak olub, doqquz nəfər yaralanıb.