"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova yeni planşet hədiyyə edilib.
Ucnoqta.az xəbər verir ki, "Araz-Naxçıvan"la Azərbaycan Kuboku uğrunda matçda "iPad"ini qıran təcrübəli mütəxəssisə futbolçuları tərəfindən yenisi verilib.
Qeyd edək ki, Qurban Qurbanov "Qarabağ"ın Naxçıvan təmsilçisinə minimal hesabla məğlub olduğu oyunda əsəbləşərək planşeti qırmışdı. ///offsideplus.az