Çin seysmoloqları Asiyada yeni zəlzələlər təhlükəsi barədə xəbərdarlıq ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Tədqiqatçıların fikrincə, Çinin özü və ətraf ərazilər risk altındadır. Risk altında olan ilk növbədə Çinin Sıçuan və Yunnan əyalətləri, həmçinin Himalay bölgəsidir. Seysmoloji tədqiqata Pekin Zəlzələ Agentliyinin baş mühəndisi Çju Honqbin rəhbərlik edib.