"Azercell" bu qiymətləri qaldırdı: 59 qəpik ...

11:12 - 7 Aprel 2025 - Xəbər

“Azercell Telekom” MMC bu gündən bəzi xidmətlərinin qiymətində dəyişiklik edib.

Ucnoqta.az Valyuta.az-a istinadən xəbər verir ki, bundan sonra, "Azercell" istifadəçiləri balans haqqında avto–məlumat xidməti  üçün 0,59 AZN ödəməli olacaqlar. Bu günə qədər bu xidmət üçün heç bir xidmət haqqı tutulmurdu.

Bundan başqa, "Azercell" ölkədaxili göndərilən 1 SMS-ə görə xidmət haqqını 0,05 AZN-dən 0,10 AZN-ə qaldırıb. Ölkəxarici göndərilən 1 SMS-ə görə isə 0,25 AZN xidmət haqqı tutulur.

Həmçinin, balans öyrənmə (Balans məlumatı) xidməti çərçivəsində hər USSD ( *111*1*7#yes ) sorğuya və 2112 qısa nömrəsinə göndərilən hər bir SMS-ə, o cümlədən 2112 qısa nömrəsi istiqamətində həyata keçirilən hər bir zəngə görə 0,10 AZN xidmət haqqı tətbiq ediləcək.

Xəbər xətti