Türkiyə aprelin 8-dən limon ixracını dayandırır

11:00 - 7 Aprel 2025 - İQTİSADİYYAT

Dünyanın 6-cı ən böyük limon ixracatçısı olan Türkiyə aprelin 8-dən meyvənin ixracını müvəqqəti olaraq dayandıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında deyilir ki, son vaxtlar ölkəninin bir sıra rayonlarında havaların soyuq keçməsi və şaxtalı hava şəraiti ilə əlaqədar kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarına tələb və təklif balansının təmin edilməsi, habelə daxili və beynəlxalq bazarlarda qiymət dinamikasının qorunub saxlanılması zərurəti ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılaraq aprelin 8-dən limonun ixracının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

Xəbər xətti