ABŞ Yəməndə husi komandirini öldürüb

18:53 - 7 Aprel 2025 - DÜNYA

Yəmənin üsyançı Ənsar Allah hərəkatının Səada əyalətində husilərin səhra komandiri Əbu Abdullah əl-Hamran ABŞ-ın son zərbəsi nəticəsində öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əl-Hamran Səada vilayətinin qubernatorunun müavini vəzifəsində çalışıb və bölgədəki Ənsar Allah qüvvələrinə komandanlıq edib.
Husilərin regional təhsil şöbəsinin müdiri də daxil olmaqla, onun ətrafındakılardan bəziləri də hücum zamanı öldürülüb.

Xəbər xətti