BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır

22:13 - 7 Aprel 2025 - DÜNYA

BMT İran və ABŞ arasında artan gərginlikdən narahatdır və ümid edir ki, tərəflər vasitəçilərin köməyi ilə dolayı danışıqlara razılaşa bilərlər.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə  təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz açıq şəkildə ABŞ və İran arasında artan gərginlikdən narahatıq. Biz üçüncü tərəfin köməyi ilə dolayı danışıqların aparılması ehtimalının olması ilə bağlı xəbərə də müsbət cavab verdik. Ümid edirik ki, üçüncü tərəfin vasitəçi qismində istifadə edilməsi ehtimalı reallaşacaq", - o deyib.

Xəbər xətti