Netanyahu ABŞ-nin tariflərlə bağlı mövqeyini dəstəklədiyini bildirib

00:15 - 8 Aprel 2025 - DÜNYA

İsrail yaxın gələcəkdə ABŞ ilə ticarət kəsirini və ticarət maneələrini aradan qaldırmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə Amerika prezidenti Donald Trampla görüşündən sonra deyib.

"Biz ABŞ-la ticarət kəsirini aradan qaldıracağıq. Bunu çox tez etmək niyyətindəyik. Biz bunu düzgün addım hesab edirik və biz həm də lazımsız yerə qoyulmuş ticarət maneələrini, bütövlükdə ticarət maneələrini aradan qaldırmaq niyyətindəyik. Və düşünürəm ki, İsrail eyni şeyi etməli olan bir çox ölkələr üçün nümunə ola bilər", - o deyib.

Netanyahu ABŞ-ın müxtəlif məsələlərdə İsrailə verdiyi dəstəyə görə Trampa təşəkkür edib və ticarət tarifləri ilə bağlı “ABŞ-ın mövqeyini dəstəklədiyini” deyib.

Xəbər xətti