Finlandiya hakimiyyəti Ukraynanın vergi sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi proqramının həyata keçirilməsi üçün 1,6 milyon avro ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Qeyd olunur ki, Ukraynanın Dövlət Vergi Xidmətinə (DVX) etimadın gücləndirilməsi layihəsi Ukraynanın daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyələşdirmədən asılılığın azaldılmasına yönəlib. Layihənin həyata keçirilməsinə 2025-2028-ci illərdə 1,6 milyon avro ayrılıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Finlandiyanın vergi orqanları və Dövlət Vergi Xidməti layihəni birgə həyata keçirəcək, bu layihə çərçivəsində Kiyev və onun Qərb tərəfdaşları “effektiv və şəffaf vergi sistemi” yaratmaq və Ukraynada özəl sektorun fəallığını artırmaq məqsədi daşıyır.///tass