Neftin qiyməti ucuzlaşıb
Ucnoqta.az xəbər verir ki, Brent markalı neftin qiyməti 2021-ci il aprelin 12-dən bəri ilk dəfə bir barel üçün 63 dollardan aşağı düşüb.
Birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 4,36% azalaraq 62,72 dollar/barelə bərabər olub.
Həmçinin, WTI markalı neft isə 2025-ci ilin may ayı üçün fyuçersləri 4,21% azalaraq 59,38 dollar/barel təşkil edib.