Netanyahu Qəzzadan atılan raketlərə sərt cavab verməyi əmr edib

00:43 - 7 Aprel 2025 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katza Qəzza zolağından raket atəşinə tutulmasına qətiyyətlə cavab verməyi əmr edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazirlik məlumat yayıb.

“Baş nazir sərt cavab göstərişi verib və İsrail ordusunun Qəzza zolağında HƏMAS-a qarşı intensiv əməliyyatlarının davam etdirilməsini təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Xəbər xətti