"Azərbaycan kinosunda rejissor çatışmazlığı var"

14:47 - 7 Aprel 2025 - MAQAZİN

Bu gün Azərbaycan kinosunda rejissor çatışmazlığı var.

Ucnoqta.az report-a istinadən xəbər evrir ki, bu fikirləri report-a müsahibəsində Əməkdar artist Mirzə Ağabəyli deyib.

Aktyor buna görə də yerli müair kino sketorunda problemlərin olduğunu bildirib: "Aktyoru aktyor edən kimdir? Rejissor. Yaxşı rejissor varsa, kino da ayaqdadır, aktyor da, aktrisa da".

Əməkdar artist mədəniyyətin digər sahələrində də ciddi boşluqların olmasından gileylənib:

"Tək kinoda deyil, indi mədəniyyətin hər sahəsində çox ciddi boşluqlar var. Çünki artıq korifeylər yoxdur. Onlar dünyadan köçdükcə öz yerlərində, öz sahələrində boşluqlar yaranır".

Xəbər xətti