Avropa İttifaqı ABŞ-a qarşı ilk cavab tədbirləri paketini aprelin 15-də, növbətisini isə mayın 15-də təqdim edəcək.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə xarici KİV Avropa komissarı Maroş Şefçoviçə istinadən xəbər verir.
Danışıq mövqeyi kimi Avropa İttifaqı Vaşinqtona sənaye mallarına qarşılıqlı sıfır tariflər tətbiq etməyi təklif etmək istəyir.