“Qarabağ”ın əsas oyunçusu komandanı tərk edir

12:42 - 30 Mart 2025 - İDMAN

"Qarabağ"ın cinah müdafiəçisi Marko Veşoviç mövsümün sonu komandadan ayrılacaq.

Ucnoqta.az forvard-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi üçün daha sərfəli təkliflərin olduğu deyilir.
"Qarabağ" onun istədiyi maaşı verməsə monteneqrolu karyerasını başqa klubda davam etdirəcək.

Qeyd edək ki, Veşoviç 2021-ci ilin yayından "Qarabağ"ın formasını geyinir.
O bu mövsüm bütün turnirlərdə 24 görüşdə meydana çıxıb və 2 qola imza atıb.

Xəbər xətti