Rusiyalı milyarderlərin sərvəti artıb

09:25 - 1 Aprel 2025 - DÜNYA

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2025-ci ilin əvvəlindən 11,572 milyard dollar artıb.

Ucnoqta.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest"in səhmdarı Əlişir Usmanovun sərvəti 17,1 milyard dollar olmaqla, 3,91 milyard dollar qazanıb, rusiyalı senator Süleyman Kərimovun sərvəti isə 2,93 milyard dollar artıb.

Ən böyük itkilərə NLMK-nın Direktorlar Şurasının sədri Vladimir Lisin dəyib – onun sərvəti 2,38 milyard dollar azalaraq 23,4 milyard dollar olub.

Xəbər xətti