İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib

14:59 - 1 Aprel 2025 - DÜNYA

Pakistanın keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan “Ədalət Uğrunda Hərəkat”ın yaradıcısı İmran Xan Pakistan Dünya Alyansı (PWA) hüquq müdafiə təşkilatı tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” PWA-ya istinadən məlumat yayıb.
 “Biz İmran Xanın Pakistanda insan haqları və demokratik dəyərlərə verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd göstərmişik” - açıqlamada deyilir.

İmran Xan ikinci dəfədir ki, nüfuzlu mükafata namizəddir. 2019-cu ildə Hindistanla hərbi gərginliyi azaltmaq səylərinə görə Pakistanda Nobel Sülh Mükafatına namizəd göstərildi və daha sonra Pakistan parlamentində onun namizədliyini dəstəkləmək üçün qətnamə təqdim edildi.
Bununla belə, Xan Nobel mükafatına layiq olmadığını bildirib.

Xəbər xətti