İdmançımızda dopinq aşkarlandı - 36 aylıq ...

14:05 - 1 Aprel 2025 - İDMAN

Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev antidopinq qaydalarını pozduğuna görə 36 aylıq diskvalifikasiya olunub.

Ucnoqta.az  xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdi əsas gətirilib.

Nümunəsində S1 anabolik androgenik steroidlər aşkarlanan idmançının cəzasının qüvvəyə minmə tarixi bu il fevralın 19-u göstərilib.

Sanksiyanın müddəti 2028-ci il fevralın 19-da bitəcək.

Xəbər xətti