Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 aprel saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.
“Azəriqaz”dan Ucnoqta.az-a verilən məlumata görə, hazırda təmir-bərpa işləri aparılır.
Məlumata görə, Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.