İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində qaçaqmal yanacaq daşıyan iki xarici neft tankerini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.
Qeyd edilir ki, “Star-1” və “Vintaq” tankerləri iri qaçaqmalçılıq şəbəkələrinin bir hissəsi olub və 3 milyon litrdən çox dizel yanacağı daşıyıb. Tankerlərin göyərtəsində 25 nəfər olub.
Agentliyin məlumatına görə, məhkəmə saxlanılan gəmilərin yanacaq boşaltmaq üçün İranın cənubundakı Buşehr şəhərinə göndərilməsi barədə qərar verib.