Qəzza zolağından İsrailə atılan raket Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, bu atəş nəticəsində Sderot şəhərində, eləcə də İsrailin cənubundakı İbim və Or HaNer yaşayış məntəqələrində hava həyəcanı elan edilib.