Bayram günlərində (18-31 marta qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım (KTM) şöbəsinə 62 nəfər qəbul edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə KTM-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdə ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.