9 avtomat, 7 qumbara, ... - Qanunsuz silahlar aşkarlanıb

11:49 - 31 Mart 2025 - ÖLKƏ İÇİ

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, martın 29-da və 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 7 qumbara, 3 alışdırıcı, 8 tüfəng, 15 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər xətti