Avstraliyada daşqınlar nəticəsində 100 mindən çox inək ölüb

09:27 - 1 Aprel 2025 - DÜNYA

Avstraliyada ölkənin şərq sahillərində güclü daşqınlar və çayların daşması nəticəsində 100 mindən çox inək tələf olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kvinslend hökuməti məlumat yayıb.

Kvinslend ştatının baş naziri David Crisafulli bildirib ki, sahilyanı şəhərləri birləşdirən federal magistral da daxil olmaqla 140-dan çox magistral yol sel suları ilə bağlanıb və Brisbendən 1000 kilometr qərbdə yerləşən Avadale sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.
Baş nazir bildirib ki, daşqınlar nəticəsində 1 milyona yaxın inək və 1 milyon qoyun itirə bilərdik; bu gün artıq 100 min başdan çox iribuynuzlu mal-qaranın tələf olmasından xəbər var.

Avstraliya Milli Meteoroloji Xidmətinin məlumatına görə, Kvinslendin cənub-qərbində və Yeni Cənubi Uelsin şimalında 500 mm-ə qədər yağış yağıb, əkin sahələri və yollar su altında qalıb, Eyre gölü hövzəsindəki çaylar su altında qalıb.///tass

Xəbər xətti