İsrail tərəfi Qəzza zolağında 40 gün ərzində atəşkəsin yaradılması müqabilində 11 girovun azad edilməsində israrlıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Jerusalem Post” (JPost) qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət Amerika vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandr və daha 10 canlı girovdan gedir.
Bundan əlavə, İsrail tərəfi Fələstinin radikal HƏMAS hərəkatından oğurlananların Qəzzada qalan statusu barədə tam məlumat verməsini tələb edir. Əvvəlki atəşkəs zamanı HƏMAS 33 girovla bağlı yalnız “ümumi məlumat” yaymışdı.