ABŞ dövlət katibi Marko Rubio və Danimarka xarici işlər naziri Lars Lekke Rasmussen arasında NATO xarici işlər nazirlərinin bu həftə Brüsseldə keçiriləcək iclası çərçivəsində planlaşdırılan görüş Qrenlandiya ilə bağlı gərgin münasibətlərə görə ləğv edilə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti rəsmilərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Vaşinqton və Kopenhagen arasında diplomatik təmaslar minimal səviyyədə həyata keçirilir.
Əvvəllər ABŞ prezidenti Donald Trampın tələblərinə məhəl qoymamağa çalışan və müttəfiqlərini onun şərhlərinə cavab verməməyə çağıran Danimarka son həftələrdə Vaşinqtonun ritorikasına kəskin reaksiya verərək taktikasını dəyişib.