Cənubi Koreya prezidentinin impiçmenti ilə bağlı qərar aprelin 4-də elan ediləcək

07:56 - 1 Aprel 2025 - DÜNYA

Koreya Respublikasının Konstitusiya Məhkəməsi prezident Yun Seok Yeolun impiçment işi ilə bağlı qərarını aprelin 4-də açıqlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Tərəflərin yekun arqumentləri ilə məhkəmə prosesi fevralın 25-də başa çatıb. Əvvəllər Konstitusiya Məhkəməsi prezidentlərin impiçmenti ilə bağlı yalnız iki işə - Ro Muhyun və Park Kın Heyə baxıb.
Həmin işlərdə mübahisənin bitməsindən hökm çıxarılana qədər 14 və 11 gün keçib. 

Xəbər xətti