Milyarder İlon Mask 13-cü övladının anası Eşli Sent Klerə 2,5 milyon dollar verdiyini və ona hər il 500 min dollar ödəyəcəyini açıqlayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Mask X sosial şəbəkəsində atalıqdan əmin olmadığını, lakin genetik test keçirməyə hazır olduğunu qeyd edib.
"Bilmirəm, bu mənim uşağımdır, yoxsa yox, amma bunu öyrənməkdən çəkinmirəm. Bunun üçün heç bir məhkəmə qərarı lazım deyil", - o yazıb.
"Dəqiq bilməsəm də, mən artıq Eşliyə 2,5 milyon dollar vermişəm və ona ildə 500 min dollar verəcəm", - Mask əlavə edib.
Eşli milyarderin Neuralink şirkətinin keçmiş işçisidir və burada müştəri xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.
Fevral ayında o, uşağını beş ay əvvəl dünyaya gətirdiyini açıqladı və mediadan onların şəxsi həyatına müdaxilə etməməyi xahiş etdi.