ABŞ Çin rəsmiləri üçün vizaları məhdudlaşdırır

06:18 - 1 Aprel 2025 - DÜNYA

ABŞ Çinin Tibet Muxtar Bölgəsinə və Çinin bəzi digər bölgələrinə əcnəbilərin qəbuluna cavabdeh olan Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib. 

Rubio ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda "Bu gün mən ölkənin Tibet ərazilərinə xaricdən girişlə bağlı siyasətlərin işlənib hazırlanmasında və ya həyata keçirilməsində əhəmiyyətli iştirak edən Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün addımlar atıram" deyilir. 

Dövlət katibi bildirib ki, “çox uzun müddətdir ki, Çin Kommunist Partiyası amerikalı diplomatların, jurnalistlərin və digər beynəlxalq müşahidəçilərin Çinin Tibet Muxtar Bölgəsinə və ölkənin digər Tibet ərazilərinə daxil olmasına icazə vermir”. Çin diplomatları və jurnalistlər isə “ABŞ-a geniş girişdən istifadə edirlər”.

Xəbər xətti