Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd qovşağına dair saziş imzalayıb

12:20 - 31 Mart 2025 - DÜNYA

Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev üç respublikanın sərhədlərinin qovuşma məntəqəsi haqqında saziş imzalayıblar.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, mərasim Tacikistanın şimalındakı Suqd vilayətinin inzibati mərkəzi olan Xucandda dövlət başçılarının görüşü çərçivəsində baş tutub.

Bundan əlavə, liderlər əbədi dostluq haqqında Xucənd Bəyannaməsini imzalayıblar. Hadisə Tacikistan liderinin Xucənd yaxınlığındakı Gülistondakı iqamətgahında baş verib.

Xəbər xətti