Qızıl fyuçerslərinin qiyməti yeni tarixi maksimuma çatıb.
Ucnoqta.az xəbər verir ki, Comex birjasında 2025-ci ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3150 dollar həddini keçib.
Ticarət platforması məlumatlarına görə, qızılın qiyməti öz artımını bir troy unsiyası üçün 3152,7 dollara qədər sürətləndirib (+1,23%).