Liftdə köməksiz qalan şəxs xilas edildi

10:10 - 26 Mart 2025 - Xəbər

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən bir xilasetmə əməliyyatı keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən xilasetmə tədbiri nəticəsində bir nəfərə müvafiq köməklik göstərilib.

Xəbər xətti