Avropa İttifaqının Parisdə keçirilən fövqəladə sammitinin iştirakçıları təsdiqləyiblər ki, “Ukrayna güc vasitəsilə sülhə layiqdir”.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen iclasın yekunlarına dair X sosial şəbəkəsində yazıb.
“Bu gün Parisdə Ukraynanın güclə sülhə layiq olduğunu təsdiq etdik. Müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət edən, etibarlı təhlükəsizlik zəmanəti olan dünya”, - o, qeyd edib.