"Neftçi" və "Qarabağ" cərimələndi

13:33 - 19 Fevral 2025 - İDMAN

AFFA Misli Premyer Liqasının XXIII turunda baş tutan "Neftçi" - "Qarabağ" matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Fevralın 16-da keçirilən görüşdə 16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununun 22-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

Xəbər xətti