“Krokus” terror aktını törədən 4 nəfərlə bağlı qərar verildi

13:30 - 19 Fevral 2025 - DÜNYA

Moskvanın Basmannı məhkəməsi Crocus City Hall konsert zalında terror aktı törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddətini uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a istintaqdan müvafiq vəsatət daxil olan məhkəmədən məlumat verilib.

Bildirilib ki, Məhəmmədsobir Faizov, Dalerjon Mirzəyev, Murodəli Rəçabalızoda, Şəmsidin Fəriduninin həbs müddətinin martın 24-dək uzadılması ilə bağlı ibtidai istintaq orqanlarının vəsatəti təmin edilsin.

İstintaqın tələbi ilə iclas qapalı keçirilib, dinləyicilər və media nümayəndələri buraxılmayıb.

Rusiya İstintaq Komitəsi artıq işin istintaqını başa çatdırıb, hazırda tərəflər materiallarla tanış olurlar.

Xəbər xətti