Nutella şokoladının yaradıcısı öldü

00:00 - 18 Fevral 2025 - Xəbər

İtaliyalı kimyaçı və Nutella şokoladının yaradıcısı Françesko Rivella 97 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Məlumata görə, Françesko Rivella 2015-ci il fevralın 14-də vəfat edən müdiri Mişel Ferreronun ölümündən düz 10 il sonra, fevralın 14-də vəfat edib.

Rivella 1952-ci ildə Ferreroya qoşulub. Daha sonra o, şirkətin rəhbəri Mişel Ferreronun sağ əli olub.
Qəzet yazır ki, şokoladdan yayılan Nutellanı məhz Rivella yaradıb. Nəşr qeyd edir ki, işlədiyi illərdə Ferrero "Tic Tac" və "Kinder Surprise" istehsalına başlayıb.

Xəbər xətti