“Ramiz Novruz vəfat edəndə getdim, gördüm ki, orada mədəniyyət nazirliyinin və digər qurumların nümayəndələri yoxdur. Saat 2 idi, dəfn haqda heç nə deyilmirdi. Dedim ki, Ramiz Novruz seçilmiş aktyordur, ona qarşı etinatsızlıq olmaz. Saat 3-dən sonra nazirliyin, icra hakimiyyətin nümayəndəsi gəldi. Tabutu qaldıranda onun mədəniyyətimizə etdiyi xidmətlərdən danışdım. Məclisi də mən apardım. İndi baxıram ki, Cavidan deyir ki, atamın yasını pozan teatrın yaşlı aktyorları oldu. Başda da Əli Nur, onu öyrədib gətiriblər. Guya teatrın yaşlı nəsli Ramiz Novruzun ölümünə sevinir”.
Ucnoqta.az olay-a istinadla xəbər verir ki, bunu Xalq artisti Əli Nur deyib.
O bildirib ki, Cavidanın Akademik Milli Dram Teatrından uzaqlaşdırılması üçün Mədəniyyət Nazirliyinə müraciət edəcək:
“Cavidan, teatra gələn gənc intriqaçı aktyorlar qovulub. Sən, dünənki uşaq teatrı tənqid edirsən?! Mənim oğlum şəhid oldu, sən isə gizləndin. Hikmət Rəhimov deyir, bu teatrı saymıram. Onu şişirtmişdilər, baş rol verirdilər.
Ziya Ağa, Hikmət Rəhimov, Cavidan virusdur. Mədəniyyət nazirinin qarşısına məsələni qoyacam: o, taetrdan getməlidir. Hazırda əlimdə yeni rolun məşqi var. Bitsin, nazirliyə gedəcəm. Bu viruslar haradan gəlib teatra düşüblər?
Sənin kimi iki virus var idi (Ziya Ağa və Hikmət Rəhimov - red.), qovulmalı idi, amma ərizəsi ilə çıxdı. Atan teatrda aktyorların çoxu ilə düşmən idi. Utanmırsan atanın çalışdığı yeri təhqir edirsən? Cavidan Novruz, sən teatrdan getməlisən!”