BŞTİ şagirdin döyülməsi məsələsinə münasibət bildirdi

18:50 - 13 Fevral 2025 - HADİSƏ

"Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır".

Bunu APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən bildiriblər.

Qeyd edilib ki, araşdırma aparıldığını nəzərə alaraq, ictimaiyyətdən məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

"Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə 280 nömrəli məktəbin yaxınlığında şagirdlər arasında əlbəyaxa davanı əks etdirən görüntülər paylaşılıb.

Xəbər xətti