Uttar-Pradeş ştatının şimalındakı Prayaqrac şəhərində hinduların Kumbh Mela festivalından qayıdan 30-dan çox insan yol qəzası nəticəsində xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ştat polisi jurnalistlərə məlumat verib.
Zəvvarları daşıyan qoşqu Prayaqracdan 400 km aralıda aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 34 nəfər xəstəxanaya yerləşdirilib.