Rusiya hava hücumundan müdafiə sistemləri 12 HIMARS MLRS mərmisini, 2 Hammer idarəolunan bombanı və 66 pilotsuz təyyarəni vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya Hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan 12 HIMARS çoxsaylı buraxılış raketini, Fransa istehsalı olan iki “Hammer” idarəolunan hava bombasını və 66 təyyarə tipli pilotsuz uçuş aparatını vurub. Həmçinin Ukrayna ordusunun bir gündə 1180 nəfərə qədər itki verdiyi qeyd olunub.