Min bir dərdin dərmanı İnnab

06:45 - 13 Fevral 2025 - Cəmiyyət

Ölümsüzlük meyvəsi kimi də tanınan innab tam şəfa mənbəyidir. 

Ucnoqta.az xəbər verir ki, araşdırmalara görə, innab immunitet sistemini gücləndirir.
“Ölümsüzlük meyvəsi” kimi tanınan və minilliklər boyu ənənəvi tibbdə istifadə edilən innab əsl şəfa anbarıdır.

Mütəxəssislər, "Çin xurması" və ya "qırmızı xurma" olaraq da bilinən innabın təzə və ya qurudulmuş şəkildə istehlak edildiyini, yalnız qəlyanaltı deyil, həm də bir çox xəstəliklərdən qorunma təmin etdiyini bildirir.

Tədqiqatlara görə, antioksidant və C vitamini ilə zəngin olan bu meyvə, immunitet sistemini gücləndirməyə kömək edir, orqanizmi xəstəliklərdən qoruyur, təzyiqi tənzimləməyə kömək edir və ürək xəstəlikləri riskini azaldır.

Lif qaynağı olan innab həzm sistemini dəstəkləyərək qəbizliyin qarşısını alır. Yuxusuzluq və narahatlıq problemlərinə yaxşı gəlir. Bədəndəki iltihabı azaldaraq hüceyrə zədələnməsinin qarşısını alır.
Bu meyvə həm təzə, həm də qurudulmuş şəkildə istehlak edilə bilər.

Xəbər xətti